Çin Xalq Respublikasının nümayəndə heyəti Bakıda qonaq olub
27.07.2026 | 10:30Çinin qlobal təşəbbüslərinin, inkişafının və mədəniyyətinin öyrənilməsi Mərkəzi və Çinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 20 iyul 2026 cı il tarixində görüş keçirilib. Görüş zamanı Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin, xüsusilə də gənclər siyasəti və beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsi, Çin Tədqiqatlar Mərkəzininin böyük elmi işçisi fil.ü.f.d Kərimova Nərgiz tədbirdə Çin dilində məruzə ilə çıxış etmiş, qarşılıqlı fəaliyyətin əhəmiyyəti, gənclər, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi də daxil olmaqla, iki dövlətin və xalqın daha da yaxınlaşmasının mühüm mexanizminə çevrilməsi, qarşılıqlı faydalı inkişafın möhkəmləndirilməsinə və səmərəli idarəetmə təcrübələrinin mübadiləsinə töhfəsini vurğulamışdır.